Şagirdlərimiz 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisinə ekskursiya etdilər

16.11.2017-ci il tarixində məktəbimizin 8c sinifinin şagirdləri coğrafiya müəllimi Əhmədova Elladanın rəhbərliyi ilə “Caspian Ecology”nin təşkil etdiyi 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisinə ekskursiya etdilər. Onlar Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə sahəsində görülmüş işləri ilə yaxından tanış oldular.Sərgidə ETSN tərəfindən ölkədə yaşıllıq ərazilərinin miqyasının artırılması, meşə ilə örtülü sahələrin genişləndirilməsi, xüsusilə son ildə geniş miqyasda aparılan aqromeşə massivlərinin salınması, müxtəlif cinslərdən ibarət meyvə tinglərinin yetişdirilməsi, bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması, ekoturizmin inkişafı və milli parklarda nümunəvi xidmət infrastrukturunun yaradılması, su ehtiyatlarının idarə olunması, müşahidə və monitorinq sisteminin modernləşdirilməsi, təbii sərvətlərin axtarışı, kəşfiyyatı və s. sahələrdə həyata keçirilmiş tədbirləri əks etdirən stendlər şagirdlər tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi