Gənc istedadların üzə çıxarılması

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evi “Gənc istedadların üzə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində yerləşən tam orta məktəblərin şagirdləri arasında “Musiqi alətlərində ifa” üzrə müsabiqənin 3-cü, yekun turunu keçirib. 
Qaliblərin mükafatlandırılması və “Qala gecə”si 17 noyabr - Milli Dirçəliş günü ilə əlaqədar 15 noyabr tarixində Şüvəlan qəsəbə Mədəniyyət evinin akt zalında keçirildi. Yüksək fəallıq şəraitində keçən müsabiqədə məktəbimizin şagirdləri də öz məharətlərini nümayiş etdiriblər. 
Müsabiqənin münsiflər heyyətinin qiymətləndirməsinə əsasən məktəbimizin şagirdləri yüksək qiymətləndirilmişdir. 8c sinif şagirdi Qasımzadə Şəms 1-ci yerə, 9a sinif şagirdi Əlizadə Nailə 2-ci yerə, 8b sinif şagirdi Alıyev Rəvan 3-cü yerə layiq görülmüşdür. Məktəbimizin direktoru Təhmasib Məmiyev də Fəxri fərmanla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi