9 Noyabr Bayraq gününə həsr olunmuş tədbir keçirildi

Məktəbimizin Fəaliyyət planının 1.3.12 bəndinə uyğun olaraq 9 Noyabr Bayraq gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirildi.Rəsm və inşa müsabiqəsi, dama və futbol yarışı, Bayraq gününə həsr olunmuş açıq dərslər, ağac əkimi bu münasibətlə keçirilən tədbirlərə misal ola bilər.Keçirilən təbirlərə yekun olaraq 8.11.2017-ci il tarixində məktəbimizin akt zalında yekun tədbir keçirilmişdir.Tədbirdə şagirdlərimiz rəngarəng kompozisiyalarla çıxış edərək bayrağımıza olan sonsuz məhəbbətlərini nümayiş etdirdilər.Tədbirdə qonaq qismində iştirak edən məktəbimizin fəxri direktoru İlyas müəllim hər kəsi bayram münasibətilə təbrik etdi.Şanlı bayrağımızın tezliklə işğal altında olan torpaqlarda dalğalanacağına inandığını bildirdi. Sonda çıxış edən məktəbimizin direktoru Təhmasib Məmiyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir, bayraq bizim milli dəyərimizdir. Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası istiqamətində ilk təşəbbüsün Ümummilli Lider Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf etdiyini xatırladan Təhmasib müəllim bayrağımızı dünyaya tanıdan məhz Ümummilli Lider Heydər Əliyev olduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi