HƏMKARA DƏSTƏK-məktəbdaxili təlimlər yenidən keçirilir

Bu gün Azərbaycanda gedən təhsil islahatları hər birimizdə müasir təhsilimizin işıqlı gələcəyinə inamı daha da artırır. Bu baxımdam təhsilə ayrılan vəsaitlər, təsillə bağlı yeni-yeni layihələrin həyata keçirilməsi, təhsilverən və təhsilalanların keyfiyyətli nəticə əldə etməsi yolunda atılan addımlar bunu deməyə əsas verir. İnkişafa nail olmaq üçün hər bir təhsil müəsisəsi müəyyən sistemli bir plan əsasında fəaliyyət göstərməli və qarşıya qoyulan məqsədə nail olmaq üçün tədbirlər görməlidir. Bu mənada Bakının Xəzər rayonunda yerləşən Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəb rəhbərliyi “Həmkara dəstək” adlı məktəbdaxili təlimlər keçirməklə pedaqoji kadrların peşəkarlığının artırılması yolunda mütərəqqi bir addım ataraq tədrisin keyfiyyətini yüksəltməyə nail olmuşdur. “Həmkara dəstək” layihəsi özündə Kurikulum, İKT, Psixologiya və Təhsil sahəsində qanunvericilik təlimlərini özündə birləşdirən məktəbdaxili təlimlərdir. Məktəbdə təlimlərə 2014-cü ildən keçirilir. Təlimlər məktəbdə müvafiq sahədə yüksək biliklərə sahib olan müəllimlər tərəfindən aparılır və bu təlimlər tam ödənişsiz həyata keçirilir.Təlimin sonunda təlimin keyfiyyətini yoxlamaq məqsədi ilə monitorinq aparılır. Bu layihə pedaqoji kadrlar arasında bilik mübadiləsi və yeni biliklərə yiyələnmək baxımında çox vacib bir layihədir. 2014-2015-ci il “Həmkara dəstək” Kurikulum təlimləri nəticəsində müəllimlərin daha çox çətinlik çəkdikləri məsələlər müzakirəyə çıxarılmış və müəllimlər üçün metodiki vəsait “Həmkara dəstək” kitabı nəşr edilmişdir. Vəsaitin üstünlüyü ondan ibarətdir ki, sadə, anlaşıqlı dillə yazılmaqla, oxumağa həvəs, stimul yaradır. Kitabın tərtibçiləri vəsaitdə kurikulum anlayışını, kurikulum islahatını zəruri edən səbəbləri, təhsil islahatlarının mərhələlərini, təhsil islahatları ilə bağlı dövlət sənədlərini, fənn kurikulumlarının səciyyəvi cəhətlərini, kurikulum və ənənəvi tədris proqramı, məzmun standartlarının quruluşu və müəllimlərə gərəkli olan digər mühüm məsələləri şərh etməklə, əslində həm elmi, həm də təcrübi mahiyyətli bir iş meydana gətirə bilmişlər.Məktəblilərin payız tətilində olduğunu dəyərləndirən 230 saylı məktəb rəhbərliyi bu günlərdə yenidən məktəbdaxili təlimlər keçirməyə başlamışdır. Bilik səviyyəsinə uyğun olaraq Pedaqoji kadrlar üç qrupa ayrılmışdır. İlk dəfə olaraq bu təlimlərdə Rus bölməsi üçün Kurikulum təliminə ayrı bir qrup yaradılmış və təlim rus dilində aparılır. İKT bilikləri daha yüksək səviyyədə olan müəllimlər üçün isə VEB 2 təlimləri keçirilir. Bu gün Təhsil qanunvericiliyi təlimində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın ayrı ayrı müddəaları müzakirəyə çıxarılmış və bu qaydalara əməl etməyə hər bir müəllimin borclu olduğu vurğulanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi