Məktəbimiz “Su qoruqçuları” adlı beynəlxalq ekoloji layihədə iştirak etdi

13.11.2015 Məktəbimizin coğrafiya müəllimi Ellada Əhmədovanın təşəbbüsü ilə məktəbimiz Beynəlxalq layihəyə -“Su qoruqçuları” adlı ekoloji layihəyə qoşuldu.“Su qoruqçuları” adlı ekologiya dərsi 5-10 siniflər arası şagirdlər üçün nəzərdə tutulmuş qeyri-adi maarifləndirici layihədir. Dərs PepsiCo şirkətinin təşəbbüsüylə “EKA” adlı Yaşıl hərəkatın dəstəyi ilə keçirilir.Dərsin məqsədi şagirdlərdə bütövlüklə planetimizdəki su ehtiyatlarına, və o cümlədən öz ölkəsinə qarşı məsuliyyətli yanaşmanı formalaşdırmaq, eləcə də gündəlik həyatlarında suyu qoruyub saxlamağı öyrətməkdir. Bu gün bu layihədə məktəbimizin 8c və 8a sinifləri iştirak etdi. Layihə rəhbərliyi layihədə iştirak etdiyi üçün məktəbimizə təşəkkür məktubu ünvanladı və təşəbbüskar Ellada Əhmədovanı Diplomla təltif etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi