Zəngilanın işğalından 24 il ötür

Oktyabrın 29-da Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 24 ili tamam oldu. Zəngilan ermənilərin Dağlıq Qarabağ ətrafında işğal etdiyi sonuncu rayon oldu.Qeyd etmək lazımdır ki, Zəngilan tarixi-mədəni abidələri ilə tanınmış rayonlarımızdandır. İşğal nəticəsində rayonda 10 mühüm tarixi abidə dağıdılıb.Bu gün məktəbimizin tarix müəllimi Qərənfil Əsədova öz dərsini Zəngilanın işğalına həsr etdi.Dərsdə şagirdlər işğalla bağlı fikirlərini bölüşərək erməni işğalçılarının məkirli niyyətlərinin bütün dünya qarşısında ifşa olunmasının vacibliyindən bəhs etdilər. Sonda qeyd olundu ki, xalqımızın qan yaddaşı olan Zəngilanın işğalı hər zaman gənc nəslimizin yaddaşında qalacaq və tezliklə şanlı ordumuzun rəşadəti nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi