18 Oktyabr Milli Müstəqillik Günü ilə bağli açıq dərs keçirilmişdir

Bakı şəhəri Xəzər rayonu 230 nömrəli tam orta məktəbdə tarix müəllimi Elzamin Həsənovun təşəbbüsü ilə 18 oktyabr “Dövlət Müstəqilliyi günü” münasibəti ilə məktəbimizin tarix muzeyində tədqiqat xarakterli açıq dərs keçirildi. IX a sinif şagirdləri açıq dərsdə öz tədqiqat işlərini təqdim etdilər. Məktəbin direktoru Təhmasib Məmiyev və T.T.İ. üzrə direktor müavini Səba Həsənova da açıq dərsdə şagirdlərə öz tövsiyələrini bildirdilər və gələcək tədqiqat işlərində daha da fəal olmalarını məsləhət verdilər. Açıq dərsdə sagirdlər tərəfindən hazirlanmış video slaydlar təqdim olundu. Müstəqilliyimizin qazanılmasının tarixi şəraiti və xalqımızın mübarizliyi nümayiş olundu. Azərbaycan Xalq Cumhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikasının müstəqil olması vacib hadisə idi. 18 oktyabr 1991-ci il müstəqillik haqqında konstitusiya aktının təsdiq olunması və referendumda qəbul olunması xalqımızın iradəsinin təcəssümü idi. Açıq dərs Ulu Öndər Heydər Əliyevin “biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik, biz özümüz özümüzün talehimizin sahibiyik. Bunun üçün yalnız bunun üçün aylarla, illərlə əziyyət çəkmək, ac qalmaq olar. Çünki əsrlər boyu bizim ulu babalarımızdan indiyə qədər Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, mübarizə aparmışlar, vuruşmuşlar amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bunu qorumaq hər bir insanın həyatından, canından da artıqdır.”dəyərli sözləri ilə yekunlaşdırıldı .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi