Birinciliklə bitən intelektual yarış

17 oktyabr 2017-ci il tarixində Xəzər Rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən "18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi günü" və şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunmuş Xəzər rayon orta ümumtəhsil müəsisələrinin şagirdləri arasında keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyununda məktəbimizin şagirdləri Hüseynova Sevinc,Abasov Anar, Həsənov ismayıl, Tağızadə Gülyaz, Şamilbəyli Ülvü, Zeynallı Həcər və yarışmanın kapitanı Azərbaycan dili və Ədəbiyyat müəllimi Rəhimli Gülnar yarışda iştirak edərək Xəzər rayonu üzrə 20 məktəbin 120 şagirdi arasından birinci yeri tutaraq yarışın qalibi olmuşlar.Bu gün bu münasibətlə komanda ilə görüş təşkil edən məktəbimizin direktoru Təhmasib Məmiyev qalib komandanı təbrik etdi və onlara bundan da yüksək nailiyyətlər qazanmağı arzu etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi