Biz teatrı sevirik

06.11.2015 Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor və yaradıcı heyəti məktəbimizdə təşkil olunan "Biz teatrı sevirik" adlı tədbirin qonağı oldu.Qonaqlar arasında Xalq artistləri Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Əməkdar artistlər Almaz Mustafayeva, Atabala Səfərov, Şəfəq Əliyeva, Əməkdar Mədəniyyət işçisi Səriyyə İsmayılova da var idi. Teatr üzvlərinin çıxışlarından sonra qonaqlarımız məktəbimizin şagirdlərini maraqlandıran sualları cavablandırdılar.Sonra aktyorların ifasında maraqlı bir tamaşa nümayiş olundu. Sonda Məktəbimizin direktoru Elşən Qafarov çıxış edərək məktəbin şagird və valideynləri üçün gözəl anlar yaşatdıqları üçün qonalara təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi