V-XI siniflərinin sinif nümayəndələri ilə məktəbimizdə görüş

06.10.2017-ci il tarixində məktəbimizin V-XI siniflərinin sinif nümayəndələri ilə məktəbimizin direktoru Təhmasib Məmiyevin göstərişi, məktəbimizin UBR Günel Kərimovanın təşkilatçılığı ilə görüş təşkil edildi. Görüşün əsas məqsədi kimi siniflərdə tədrisin vəziyyəti, növbətçilik cədvəllərinin qurulması və növbətçi şagirdlərin öz vəzifələrini yerinə yetirməsinə nəzarət edilməsi, sinifdə yaranan hər hansı narahatçılığın yerində aradan qaldırılması üçün vaxtı-vaxtında sinif rəhbərlərinə və məktəb rəhbərliyinə müraciət edilməsi oldu. Sinif nümayəndələrinə onların üzərinə düşən əsas vəzifələr izah edildi. Daha sonra Təhmasib müəllim şagirdlərin fikirlərini, onların təklif və iradlarını dinlədi, onlara öz işində uğurlar arzuladı. Belə görüşlərin mütəmadi olaraq təşkil ediləcəyi qeyd edildi. Bu gün həm də Təhmasib müəllim məktəbimizin XI A sinif şagirdi Rəhimova Məleykə ilədə görüşdü. Belə ki, o, Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi “Şahin” hərbi idman oyununun Xəzər rayon birinciliyində sanitarların yarışı mərhələsində fərqləndiyinə görə diplomla təltif edilib. Təhmasib müəllim onu təbrik etdi, uğurlarının davamlı olmasını arzuladı, məktəbimiz adına qazandığı uğura görə ona təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi