5 oktyabr müəllimlər günüdür

1966-cı il oktyabrın 5-də YUNESKO-nun qərarı ilə müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli qərar qəbul edildi. Qərara əsasən həmin il bütün dünyada Beynəlxaq Müəllimlər Günü kimi qeyd edilməyə başladı. Biz də Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəb olaraq bu günü dəyərli müəllimlərimizə həsr etdik, onları bir az da olsa məsuliyyətdən azad edib bayram havasına qatmaq istədik.Bu səbəbdən də məktəbimizin akt zalında şagirdlərimizin iştirakı ilə tədbir təşkil edildi. Tədbirdə Şüvəlan Mədəniyyət Evinin bədii rəhbəri Quliyeva Kəmalə, təşkilatçı Zəminə Bayramova, metodist Elnarə Zeynalova qonaq qismində iştirak etdilər.Tədbirin sonunda məktəbimizin direktoru Təhmasib müəllim çıxış edərək müəllimlərimizi ürəkdən təbrik etdi. O qeyd etdi ki, biz müəllim olaraq üzərimizə daha böyük bir yük götürmüşük. Belə ki, bu günün parta arxasında əyləşən balaca fidanları sabah dövlətimizə faydalı vətəndaşlar olmalıdır. Onları düzgün tərbiyə edib milli ruhda böyütmək bir vəzifəmizdirsə, savadlı mütəxəssis kimi yetişdirmək də başqa bir vəzifəmizdir. Ona görə də inkişaf edən dünyada müəllim kimi işimizin məsuliyyəti daha da artır. Yekun olaraq Təhmasib müəllim müəllimlərimizə bu məsuliyyətli işlərində səbir və möhkəm iradə arzuladı. Bu gün həm də məktəbimizdə dəyərli müəllimlərimizin şərəfinə məktəbimizin həyətində 1 Ç sinif şagirdlərinin iştirakı ilə “Yaşıl dünya quraq” adı altında xeyli sayda ağac əkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi