Arif Məhərrəmovla görüş keçirildi

05.11.2015 Bu gün Azərbaycan xalqının qəhraman oğlu, Ulu Öndər Heydər Əliyevin "Canlı qəhrəmanlıq eksponatı" adlandırdığı Arif Məhərrəmovla görüş təşki olundu. Görüş Dövlət himninin səslənməsi ilə başladı.Sonra Azərbaycan uğrunda canından keçən şəhid və qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad olundu. Daha sonra Arif Məhərrəmovun həyatını əks etdirən "Güllələrin yazdığı avtoqraf" filmindən parçalar nümayiş olundu.Tədbirin davamında qəhrəmanımız Arif Məhərrəmov və Hərbi ekspert Üzeyir Cəfərov çıxış edərək şagirdləri vətəni sevməyə onun bütövlüyü uğrunda döyüşə daim hazır olmağa səslədi. Ardınca qonaqlarımız şagirdlərimizi maraqlandıran sualları cavablandırdılar.Sonda Məkrəbimizin direktoru Elşən Qafarov çıxış edərək qonaqlara dəvəti qəbul edib gəldikləri üçün təşəkkür etdi və onlara xatirə hədiyyələri təqdim etdi. Tədbirdən sonra Qonaqlarımız ibtidai siniflərdə şagirdlərimizlə görüşdü
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi