Valideyn iclası

26.09.2017-ci il tarixində Bakı şəhəri Xəzər rayonu 230 nömrəli tam orta məktəbin direktoru Təhmasib Məmiyevin I-IV siniflərin valideynləri ilə görüşü keçirildi.Görüşdə valideynlərin hər birinin təklif və iradları dinlənildi.Valideynlərə məktəblə əlaqənin möhkəmləndirilməsinin faydaları haqqında danışıldı, onlardan bu işdə aktiv olmaları xahiş edildi.Valideynlərin bir neçəsi çıxış edərək daha öncə rastlaşdıqları bəzi neqativ hallarla bağlı fikirlərini bildirərək tədricən bu kimi problemlərin aradan qaldırılmasının sevindirici hal olduğunu vurğuladılar. Sinif otaqlarının təmizliyinə daha artıq diqqət ayrılmasının ,şəffaf mühitin yaradılması,şagirdlərin məktəbə marağının artmasının aparılan işlərlə birbaşa əlaqəsinin olduğunu qeyd etdilər.Buna görə də məktəb rəhbərliyi və kollektivinə öz dərin təşəkkürünü bildirdilər.Sonda valideynlərə məktəbin daxili nizam-intizam qaydaları haqqında məlumat verildi, qarşıda duran əsas məqsəd kimi təhsildə kefiyyətin əldə olunması üçün övladlarının üzərində daha ciddi və məsuliyyətlə yanaşmaları tösiyə olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi