Məktəbimizin adını daşıyan Mövludov Fuad Fərhad oğlunun doğum günüdür

25.09.2017-ci il tarixində məktəbimizin adını daşıdığı “20 Yanvar” hadisələrində şəhid olmuş Mövludov Fuad Fərhad oğlunun doğum günüdür.1968-ci ildə Bakı şəhəri Şimal Dress Qəsəbəsində dünyaya göz açmış Fuad 230 saylı məktəbdə təhsil almışdır.Məktəbi bitirdikdən sonra doğma vətəninə, Bakıya qayıdır.20 yanvar 1990-cı ildə Azərbaycanımızı SSRİ-nin caynaqlarından söküb atmaq üçün “Qala yolu” adlanan yerdə şəhərə yürüş edən tankların qarşısına yalın əllə çıxır.Gözünü qan Tutmuş qəsbkarlar,həmin gecənin ilk şəhidi olan Fuadı əvvəl güllələyir, sonra isə süngünü köksünə sancırlar.Döş cibində SSSI pasportu olan Fuadın ürəyi ilə birgə pasportu da yaralanır.Beş gün həyatla mübarizə aparan Fuad 26 saylı xəsdəxanada əbədi olaraq həyata gözünü yumur.Bu gün məktəbimizdə təhsil alan şagirdlər,hər gün bu vətənpərvər gəncin şəkili önundən keçib sinif otaqlarına daxil olurlar.Vətəni sevməyi,uğrunda canından keçməyi onun kimi qəhrəmandan öyrənirlər.Bu gün VIIa sinif şagirdlərinin iştirakı ilə hazrlanmış ” Vətən desin” adlı anım mərasimində məktəbin direktoru Təhmasib Məmiyev,Fuadın anası Dilarə xanım, Fərzəliyeva Qiztanmam və digər müəllimlər iştirak etdi. Tədbir şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etməklə başlayıb, şəhidin məzarını ziyarət etməklə bitdi.Şəhidin valideyni son olaraq məktəbin direktoruna, tədbirin təşkilatçısı Əzəmət Quliyevaya və digər müəllimlərə öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi