Bilik günü

Bu gün ölkəmizin təhsil həyatında ən önəmli günlərdən biri kimi “Bilik günü” qeyd edilir. O cümlədən, Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbdə də bu gün xüsusi qeyd edildi. Məktəbimizin direktoru Təhmasib Məmiyev giriş sözü ilə tədbiri açıq elan etdi. Ötən ilki tədris ilinin nailiyyətləri haqqında qısaca çıxış edərək bildirdi ki, 2016-2017-ci tədris ilində 11-ci siniflərin ali məktəblərə qəbul üzrə məktəbimiz 75% uğurlu nəticə əldə etmişdir. Belə ki, 2 nəfər 600-dən yuxarı (Əhmədzadə Sona-610, Həsənzadə Seyidəhməd-645 ) , 6 nəfər isə 500-dən yuxarı bal toplamışdır.Həsənzadə Seyidəhməd respublika üzrə ilk dəfə olaraq Gülhanə Tibb Akademiyasına DİM balı ilə qəbul edilmişdi. IX siniflərin buraxılış imtahanı nəticəsinə əsasən BŞTİ-nin təhsilin keyfiyyıtinə görə reytinq pilləsində 33 pillə irəliləmişdir. O, daha sonra yeni tədris ilində şagirdlərimizə və müəllimlərimizə uğurlar arzuladı, keçən ilki nəticənin daha da yaxşılaşdırılmasının əsas vəzifə olduğunu vurğuladı. Məktəbimizin direktorlarından biri olmuş İlyas müəllim Qəmbərov da dəvət edilən qonaqlar arasında idi. O da, öz növbəsində, ona doğma olan bu məktəbin yeni şagirdlərinə ürək sözlərini bildirdi.Həmçinin, məktəbimizin ötən tədris ilində yüksək balla ali məktəblərə qəbul olunmuş şagirdlərindən Əhmədzadə Sona və Həsənzadə Seyidəhməd qazandıqları uğurları şagirdlərimizlə bölüşərək müəllimlərinə təşəkkür etdilər. Biz də yeni tədris ilində bütün şagirdlərimizə uğurlu dərs ili arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi