Pedaqoji şura

14.09.2017-ci il tarixində Fuad Fərhadoğlu adına 230 saylı məktəbdə 2017-2018-ci tədris ilinə həsr edilən pedaqoji şuranın ilk iclası keçirildi. İclasda məktəbin direktoru Təhmasib Memiyev gündəmdə dayanan 2016-2017-ci ilin yekunları, təlim-tərbiyə sahəsində çatışmayan əsas məsələləri pedaqoji kollektivin nəzərinə çatdırdı.2017-2018 tədris ili üçün illik planların təsdiqi və fənn metodbirləşmələrinin vəzifə bölgüləri ardıcıl olaraq müzakirə edildi və yekun qərar verildi. “Bilik gününə” hazırlıq müzakirə edildi. Fənn müəllimlərinə tapşırıldı ki, ilk dərs saatları "Cocuq Mərcanlıya tarixi qayıdışın başlanğıcı" mövzu ilə tədris edilsin. Sonda kollektivə yeni dərs ilində uğurlar arzulandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi