Ali sinir fəaliyyəti bölməsinin layihəsi

12.06.2017-ci il tarixində Bakı şəhəri Xəzər rayonu 230 nömrəli tam orta məktəbdə biologiya müəllimi Mehriban müəllimə 9A sinif şagirdləri ilə birlikdə “ Ali sinir fəaliyyəti “ bölməsinin layihəsini təqdim etdi. Layihədə temperamentin tipləri , yuxu, lunatizm ( somnambulism), hipnoz haqqında ətraflı danışıldı. Dərsdə 6 qrup iştirak edirdi. Hər qrupun video-slaydları nümayiş etdirildi. Uşaqlar çox maraqlı məlumatları, rollu oyunları ilə çıxış etdilər. Layihəni məktəbimizin rəhbəri Məmiyev Təhmasib və məktəbimizin müəllimləri ilə yanaşı, bir neçə məktəbin biologiya müəllimləri də izlədi. Layihənin sonunda qonaqlar öz rəylərini bildirdilər . Belə maraqlı layihə üçün Mehriban müəlliməyə öz təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi