1 saylı “Psixonevroloji Sosial Xidmət Mərkəzi” ndə fiziki imkanları məhdud olan insanlarla görüş

03.06.2017-ci il tarixində məktəbimizin müəllim və şagird kollektivinin birgə səyi nəticəsində Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı “Psixonevroloji Sosial Xidmət Mərkəzi” ndə fiziki imkanları məhdud olan insanlarla görüş təşkil edildi. Məqsəd Ramazan ayında bu cür insanların diqqətdən kənar qalmaması, onları lazımı mənəvi və qismən də olsa, maddi yardım göstərərək sevindirmək idi. Görüşdə məktəbimizin direktoru Təhmasib müəllim 1 saylı müəssisənin direktoru Cəfərova Rəhnumə xanıma bizə bu görüşün baş tutması üçün yardım etdiyinə görə təşəkkür etdi. Qeyd etdi ki, bu cür görüşlərin keçirilməsinin davamlı olması vacibdir və ardıcılı olaraq məktəb kollektivi tərəfindən təşkil ediləcək. Tədbirin davamında məktəbimizin kimya müəllimi Dilarə müəllimənin şagirdlərimizlə birgə hazırladığı səhnəciklər, rəqs nümunələri təqdim edildi və maraqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi