Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbirimiz

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə “Biz sülh göyərçinləriyik” adlı tədbir təşkil edildi. Tədbiri ibtidai sinif müəllimləri Sevinc Səfərova, Kəmalə Əliyeva , Südabə Yusifova birgə hazırlamışdılar. Məqsəd körpə fidanlarımızın müdafiəsinin vacibliyini tədbir iştirakçılarına çatdırmaq idi. Tədbirin davamında məktəbimizin direktoru Təhmasib müəllim, ibtiadi sinif müəllimi Sevinc müəllimə “Heydərçi Gənclər” təşkilatının sərdi Nailə xanım Mehdiyeva tərəfindən fəxri fərmanla təltif olundular. Eyni zamanda məktəbimizin bir sıra şagirdlərinə döş nişanları təqdim edildi. Əlavə olaraq məktəblə mütəmadi olaraq əlaqə saxlayan valideynlərə Təhmasib müəllim tərəfindən təşəkkürnamələr təqdim edildi. Tədbir şagirdlərimizin çıxış ilə davam etdi.