Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illiyinə həsr edilmiş bilik yarışı

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illiyinə həsr edilmiş növbəti tədbir bilik yarışması oldu. Bilik yarışı Azərbaycan dili və ədəbiyyat müəllimi Rəhimli Gülnar tərəfindən təşkil edilmişdi. Yarışda hər komandada 5 nəfər olmaqla 12 komanda iştirak edirdi.Komandaların tərkibi 5-9-cu siniflərdən, hər sinifdən bir şagird olmaqla təşkil edimişdi. Bilik yarışı üç mərhələdə keçirildi. Birinci mərhələdə 6 komanda qalib olaraq ikinci mərhələyə dəvət qazandı. İkinci mərhələdə iştirak edən bu komandalardan üçü qalib olaraq final mərhələsinə vəsiqə qazandı. Finalda “Cümhuriyyət”, “Hürriyyət” və “Xəmsə” komandaları mübarizə apardılar. Bu mərhələdə AXC-nin yaradılması ilə bağlı suallar səsləndi və komandalar sualları cavablandırdılar. Maraqlı keçən mübarizədə “Cümhuriyyət” komandası yarışın qalibi oldu. “Xəmsə” ikinci yeri, “Hürriyyət” üçüncü yeri qazandı. Qazanan şagirdləri təbrik edirik. Öz növbəmizdə yarışın gözəl təşkili üçün Gülnar müəlliməyə xüsusi təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi