"Azərbaycan Xalq Cümhuriyyəti-99” adlı dəyirmi masa

25.05.2017-ci il tarixində Bakı Şəhəri Xəzər rayonu 230 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illiyi münasibəti ilə təşkil olunan silsilə tədbirlərimizdən biri kimi tarix müəllimi Elzamin müəllimin rəhbərliyi altında 8 A sinfi ilə birgə “ Azərbaycan Xalq Cümhuriyyəti-99” adlı dəyirmi masa keçirildi. Tədbirdə Elzamin müəllim və şagirdləri mövzunun əhəmiyyətini, cümhuriyyətimizin yaradılması ilə bağlı əsas məlumatları dolğun şəkildə tədbir iştirakçılarına çatdırdılar. Bu tarixin yaratdığı dövlətçilik ənənələrinin bugünkü əhəmiyyəti , M.Ə.Rəsulzadə və onun mənəvi silahdaşlarının rolunu, bu yolda çəkdikləri zəhməti xüsusi vurğuladılar. Eyni zamanda məktəbimizin direktoru Təhmasib müəllim, direktor müavini Səba müəllimə, Humanitar fənlər kafedrasının rəhbəri Gülnar müəllimə, texnologiya fənn müəllimi Kifayət müəllimə , VII B sinif şagirdləri də iştirak etdilər. Azərbaycan dili müəllimi Gülnar Rəhimli qürurverici bu tarixi bizə bəxş edənlərə təşəkkürünü bildirdi. Ədəbi prosesin , XX əsrin əvvəllərindəki aydınlarımızın milli şüurun formalaşmasında gördükləri işlərin cümhuriyyətimizin yaradılmasında rolunu xüsusi qeyd etdi. Sonda yekun olaraq Elzamin müəllim çıxış etdi, tariximizin bu gününün hər zaman bizim üçün əhəmiyyətli qalacağını şagirdlərə çatdırdı. Biz də bu gözəl dərs nümunəsi üçün Elzamin müəllimə və 8A sinfinə səmimi təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi