VI sinifləri arasında Breyn-rinq yarışı

25.06.2017-ci il tarixində məktəbimizin VI sinifləri arasında Breyn-rinq yarışı formatında bilik yarışı təşkil edildi. İlk mərhələsi V siniflər arasında keçirilən yarışda bu dəfə VI A , VI B , VI D sinifləri yarışdılar. Yarışı uşaq birliyi təşkilatı rəhbəri Günel Kərimova təşkil etmişdi. Yarışı məktəbimizin direktoru Təhmasib müəllim, direktor müavini Səba müəllimə, Azərbaycan dili müəllimi Gülnar müəllimə, riyaziyyat müəllimi Nargilə müəllimə, tarix müəllimi Elzamin müəllim münsif kimi izləyirdilər. Yarışın aparıcısı coğrafiya müəllimi Zümrüd müəllimə qaydaları izah etdi və sualları səsləndirdi. VI B sinif 16 balla yarışın qalibi kimi növbəti mərhələyə keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi