Breyn-rinq yarışı

22.05.2017-ci il tarixində məktəbimizin uşaq birliyi təşkilatı rəhbəri Kərimova Günelin təşkilatçılığı ilə Breyn-rinq yarışı formatında 5-ci siniflər arasında yarış təşkil edildi.Yarışda ilk olaraq Va,Vb,Vd,Vç sinifləri mübarizə apardılar.Onlar müxtəlif fənlər üzrə sualları cavablandırdılar.Yarışın aparıcısı coğrafiya müəllimi Əliyeva Zümrüd yarışın qaydalarını izah etdi və sualları səsləndirdi. Məktəbimizin direktoru Təhmasib Məmiyev, tədris işləri üzrə direktor müavini Səba Həsənova, Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Rəhimli yarışı münsiflər kimi izləyirdi. Maraqlı keçən mübarizənin sonunda V A sinfi 12 balla V siniflər arasında qalib seçildi. Günel xanım bildirdi ki, növbəti yarış VI siniflər arasında olacaq. Sonda siniflər üzrə qalib komandaların birgə mübarizəsi təşkil ediləcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi