Əbədi yaşayan ad - Müəllim

5 Oktyabr Beynəlxalq müəllimlər günü münasibəti ilə bu gün məktəbimizdə “Əbədi yaşayan ad- Müəllim” adlı bayram tədbiri keçirildi. Tədbir məktəbin keçmişi və bu günününü özündə əks etdirən slaydların nümayişi ilə başlandı. Sonra məktəb direktoru çıxış edərək bütün müəllimləri peşə bayramı münasibəti ilə təbrik etdi və rayon həmkarlar təşkilatı tərəfindən mükafatlandırılan müəllimlərin mükafatlarını onlara təqdim etdi. Eyni zamanda 5 Oktyabr Beynəlxalq Müəllimlər günü ilə əlaqədar məktəbdə keçirilən inşa müsabiqəsinin qaliblərini və qalib şagirdlərin müəllimləri rəhbərlik tərəfdən Fəxri fərmanla və hədiyyələrlə mükafatlandırıldı. Daha sonra şagirdlərimiz Bayram münasibəti ilə hazırladıqları maraqlı kompozisiyalarla - musiqi, rəqs,səhnəcik və şeir parçaları ilə müəllimləri təbrik etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi