Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə ekskursiyaya

18.05.2017-ci il tarixində Beynalxalq Muzeylər Günü münasibəti ilə məktəbimizin VIII A və VIII D sinif şagirdləri sinif rəhbərləri Tahirli Nuranə və Rəhimli Gülnarın , tarix müəllimi Əsədova Qərənfilin təşkilatçılığı ilə Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə ekskursiyaya aparıldı. Şagirdlər açıq səma altında yaradılmış muzeyin eksponatları ilə yaxından tanış oldular.Qərənfil müəllimə qalanın tarixi, keçmişi, istifadə olunma məqsədi ilə bağlı şagirdlərə maraqlı məlumatlar verdi. Tullantı məhsullarından yaradılmış bədii nümunələr, tarixi eksponatlar,qalanın quruluşu, kənd əhval-ruhiyyəsinin muzeydəki əksi şagirdlərdə xüsusi maraq oyatdı. Bu cür tədbirlərin silsilə təşkilinin vacibliyi vurğulandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi