18.05.1992-ci tarixində Laçının işğalı günüdür

Bu gün 18.05.1992-ci tarixində Laçının işğal edilməsindən daha bir il ötür. Artıq 25 ildir ki, Laçın rayonu mənfur qonşularımız ermənilər tərəfindən işğal edilmişdir. Ermənistan ordusunun Laçına hücumu zamanı Laçın şəhəri işğalı edilmiş və bu işğalın nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynini itirərək yetim qalmışdır. Bu gün tariximizin acılı səhifələrində biri kimi Fuad Fərhardoğlu adına 230 nömrəli tam orta məktəbdə bütün siniflərdə ilk dərslər Laçın rayonun işğal edilməsi mövzusunda şagirdlərlə söhbətə həsr edildi. Məktəbimizin tarix müəllimi Əsədova Qərənfil IXa sinfində həmin tarix haqqında məlumatları ətraflı şəkildə şagirdlərlə bölüşdü. IX A sinif şagirdi Şamilbəyli Ülvü milli qəhrəmanlarımızın vətən yolunda necə fədakarcasına canlarından keçməsindən danışdı. Şagirdlərin öz bildiklərini paylaşması, onların üzündəki vətən sevgisi, düşmənə nifrəti sabaha inamı daha da artırırdı.Onlar qeyd etdilər ki, Laçın bizim yolumuzu gözləyir və biz ona qayıtmağa borcluyuq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi