Fuad Fərhadoğlunun anadan olmasının 47-ci ildönümü qeyd edildi

23 sentyabr 2015-ci il tarixində məktəbimizdə təhsil ocağımızın adını daşıdığı, hər birimizin qəlbində yaşayan şəhidimiz Fuad Fərhadoğlunun anadan olmasının 47-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.Şagirdlərimiz vətənpərvərlik mövzusunda şeirlər səsləndirdikdən sonra məktəbin direktoru Elşən Qafarova söz verildi.O, Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan bütün şəhidlərimizin xatirəsinin hamı üçün əziz olduğunu vurğuladı və gənc nəsil üçün onların bir nümünə olduğunu şagirdlərin nəzərinə çatdırdı.Tədbirdə şəhidimizin yaxınları da iştirak etdi.Sonda şəhidimizin anası Dilarə xanım çıxış edərək Fuad Fərhadoğlu iə bağlı xatirələrini şagirdlərimizlə bölüşdü.O şagirdlərimizi Fuaddan nümunə götürməyə və Vətənin toxunulmazlığı uğrunda mübarizəyə daim hazır olmağa səslədi. Tədbirdən sonra şagirlərimiz və məktəb rəhbərliyi şəhidimizin ailə üzvləri ilə birlikdə Fuad Fərhadoğlunun məzarını ziyarət etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi