Ümummilli liderin Heydər Əliyevin 94 illiyinə həsr olunmuş tədbirimiz

08.05.2017-ci il tarixində məktəbimizdə ümummilli lider Heydər Əliyevin 94-cü doğum günü münasibəti ilə genişmiqyaslı tədbirlər təşkil edildi. Bu səbəbdən, şagirdlərin, müəllimlərin və məktəbimizin direktoru Təhmasib müəllimin birgə səyi nəticəsində məktəbimizdə “Heydər Əliyev adına tarix muzeyi” təşkil edildi. Tədbirdə iştirak edən qonaqlar ilk öncə muzey ilə tanış oldular. Məktəb daxilində bu cür muzeyin təşkil edilməsinin təqdirəlayiq iş olduğunu vurğuladılar. Muzeydəki eksponatların əldə edilməsində çəkilən əziyyət xüsusi dəyərləndirildi. Daha sonra Heydər Əliyevin xatirəsinə həsr edilmiş gün münasibəti ilə təşkil edilən tədbirə baxış keçirildi. Qonaqlar tədbiri , şagirdlərin çıxışlarını maraqla izlədilər. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Məmmədzadə Ofeliya, Xəzər Rayon Təhsil işçiləri Azad Həmkarlar İttifaqının sədri Əbilov Həzərxan, Bakı Şəhər Təhsil İdarəsinin məsləhətçisi Mirzəliyev Tural, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının aparat rəhbəri Məmmədov İlham, 218 nömrəli məktəbin direktoru Qasımov Hüseynağa, 136 nömrəli məktəbin direktoru Əkbərov Eldəniz, 121 nömrəli məktəbin direktoru Abdullayev Akif və 186 nömrəli tam orta məktəbin UBR-i, psixoloqu və hərbi rəhbəri iştirak etdilər. Tədbirin sonunda məktəbimizin direktoru Təhmasib Məmiyev çıxış etdi, gələn qonaqlara öz adından və məktəb adından təşəkkürünü bildirdi. O, məktəb daxilində tarix muzeyinin yaradılması zamanı əziyyət çəkən, əməyi keçən hər kəsə: şagirdlərə, sinif rəhbərlərinə təşəkkürünü bildirdi. Eyni zamanda qeyd etdi ki, bu gün həm də Qarabağımızın ən gözəl guşələrindən olan Şuşamızın mənfur qonşularımız tərəfindən işğal edilməsindən 25 il ötür. Tədbir üçün bu günün seçilməsi də təsadüfi deyildir. Biz tariximizi , dünənimizi, bu günümüzü bu cür tədbirlərlə daima unutdurmamağa çalışmalı, onları diqqətdə saxlamalıyıq. Sonda qonaqlara bir daha təşəkkür edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi