Bilik günü

15 Sentyabr yeni tədris ilinin başlaması, "Bilik günü" məktəbimizdə təntənəli şəkildə qeyd edildi. Tədbir dövlət himninin səslənməsi ilə başladı.Məktəbin direktoru Elşən Qafarov çıxış edərək şagirdlərə yeni dərs ilində uğurlar arzuladı. Sonra söz ilk dəfə müəllim kimi məktəbimizdə fəaliyyətə başlayan müəllimlərə verildi. Onlar da bu şərəfli peşədə layiqincə xidmət edəcəklərinə söz verərək şagird və müəllim heyətinə uğurlar arzuladı. Daha sonra söz ilk dəfə məktəbə qədəm qoyan birincilərə verildi. Onlar da hazırladıqları şeir və mahnı parçaları ilə tədbirə rəngarənglik qatdılar. Sonda keçən tədris ilində yüksək nailiyyət əldə edən əlaçı şagirdlərə "Tərifnamə"lər təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi