“Təbiət və texniki fənlərin inteqrativ tədrisi” layihəsi üzrə "Açıq dərs"

“Təbiət və texniki fənlərin inteqrativ tədrisi” layihəsi üzrə 28 aprel tarixində məktəbimizin müxtəlif fənlər üzrə fənn müəllimləri tərəfindən IX və X sinif şagirdlərinin birgə iştirakı ilə açıq dərs təşkil edildi. Dərs zamanı şagirdlər fizika, kimya, coğrafiya və riyaziyyat fənləri üzrə aldıqları bilikləri ümumiləşdirərək fənlərarası inteqrasiyanı qruplar şəklində həyata keçirdilər. Dərsi məktəbimizin fizika müəllimi Şahməmmədli Mələknisə, kimya müəllimi Cabarova Bahar, coğrafiya müəllimi Əliyeva Zümrüd və riyaziyyat müəllimi Batıyev Siyavuş təşkil etmişdilər. Dərsin bu qədər maraqlı olması onun həm öyrədici xarakterli olması, şagirdlərin fənlər arasındakı əlaqəyə düzgün tərəfdən yanaşması oldu. Şagirdlər dərs zamanı, əsasən, klaster üsulundan istifadə etdilər. Sonda şagirdlərə dərsdə göstərdikləri fəallığa görə “Təşəkkürnamə” verildi. Qeyd edək ki, BŞTİ tərəfindən təşkil edilən “Təbiət və texniki fənlərin inteqrativ tədrisi” başlığı altında keçirilən təlim artıq başa çatmışdır. Məktəbimizin müxtəlif fənlər üzrə dörd müəllimi həmin təlimlərdə iştirak etmişdir. Məktəbin direktoru Təhmasib Məmiyev həmin müəllimlərlə görüş keçirtmiş, təlimin yekunu və nəticələri haqqında söhbət aparmışdır. Təhmasib Məmiyev müəllimlərə təlimdən bəhrələnərək birgə açıq dərs təşkil etməyi tövsiyə etmişdir.Dərsin əsas məqsədi fənlərarası inteqrasiyanın daha maraqlı və aydın nəzərə çatdırılması idi.Bu baxımından Təhmasib müəllim bu cür dərslərin silsilə şəkildə təşkil edilməsinin vacibliyini də vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi