Mütaliə vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə müzakirə təşkil edildi

26.04.2017-ci il tarixində mütaliə vərdişlərinin təkmilləşdirilməsi və şagirdlər arasında oxu mədəniyyətinin gücləndirilməsi məqsədi ilə məktəbimizin kitabxanasında müzakirə təşkil edildi.Müzakirədə məktəbin ədəbiyyat müəllimi Səlmi İsayeva, kitabxanaçı Turan Əkbərova və 5-ci siniflər arasında ən çox bədii əsər mütaliə edən şagirdlər iştirak etdilər.Onlar digər şagirdlərə kitab seçimində köməklik göstərdilər.Nitqin inkişafının təkmilləşdirilməsi, söz ehtiyatının artırılması üçün bədii ədəbiyyat oxumağın nə qədər vacib olduğunu vurğuladılar.Şagirdlər məktəb kitabxanasından istifadə edərək oxuduqları bədii ədəbiyyat nümunələrindən nə qazandıqlarını müəllimləri ilə bölüşdülər. Şagirdlərdən bir neçəsi sevdiyi şeir nümunələrini söylədilər. Sonda belə görüşlərin tez-tez keçirilməsi qərara alındı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi