“Nəbatat” bağına ekskursiya

“Ayın tədqiqatçı bioloqlar məktəbi” layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində 230 saylı tam orta məktəbdə tədbirlər davam edir.Layihə çərçivəsində aprel ayı ümumi təhsil məktəblərində “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub. Mövzunun reallaşdırılması üçün şagirdlərlə birgə ekoloji tədbirlər həyata keçirilib.Müəllimlər şagirdləri ilə Mərdəkan qəsəbəsində yerləşən “Nəbatət” bağına ekskursiya təşkil etmişdilər. Laborator şəraitdə şagirdlərə aloe bitkisi və onun faydaları haqqında ətraflı məlumat verildi. Şagirdlər aloe bitkisindən dərman hazırladılar və efir yağlarının alınması texnologiyası ilə yaxından tanış oldular. Toxumun torpağa səpilməsi, ağacların əkilməsi şagirdlərdə təbiətə daha da maraq oyatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi