“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda disput

“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda 21.04.2017-ci il tarixində Xəzər rayonu 230 nömrəli tam orta məktəbdə mühazirə keçirilmişdir. Tarix müəllimi Əsədova Qərənfil ümummilli lider Heydər Əliyevin Azərbaycanın I rəhbərliyi dövrünü şagirdlərə izah etdi.Sonra isə digər tarix müəllimi Həsənov Elzamin ulu öndər Heydər Əliyevin Azərbaycana II rəhbərliyi dövrünü işıqlandırdı.Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında 10-11-ci sinif şagirdlərinə geniş məlumat çatdırıldı və bu məlumatlar haqqında şagirdlərə videoçarxlar nümayiş etdirildi. Bugünkü, tədbir şagirdlərdə böyük qürur hissi yaratdı. Beləki, tarixi məqamlara diqqət yetirsək görərik ki, Azərbaycanın müstəqilliyinin qorunması və iqtisadi inkişafı məhz son 24 ilə təsadüf edir. Müstəqil dövlətçiliyimizin bərpası birbaşa Ulu öndər H.Əliyevin adı ilə bağlıdır.Onun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan ən yüksək inkişaf səviyyəsinə qalxmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi