Məktəbimizdə "Məktəb idarəetməsində strateji və perspektiv planların hazırlanması yolları" mövzusunda praktik seminar keçirildi.

27 iyun 2015-ci il tarixində 230 №-li tam orta məktəbdə "Məktəb idarəetməsində strateji və perspektiv planların hazırlanması yolları" mövzusunda praktik seminar keçirildi. Seminarda məktəb direktorları , direktor müavinləri , sinif rəhbərləri, gələcəkdə direktor və ya məktəb idarəedicisi işləmək istəyənlər iştirak edirdi. Seminar 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarovun qonaqları salamlaması ilə başladı. O, məktəb idarəedicilərinin və gələcəkdə bu yolda çalışmaq istəyənlərin hüquqi maariflənməsi üçün belə seminarların keçirilməsinə böyük ehtiyac olduğunu vurğuladı. Sonra AMİ -nin əməkdaşı, pedaqoqika üzrə fəlsəfə doktoru Sirac Rəsulov " Strateji və perspektiv planların hazırlanması yolları " mövzusunda çıxış edərək məktəb idarəçiliyində Strateji planlaşdırmanın önəmindən bəhs etdi. Daha sonra Hüquq elmləri üzrə fəlsəfə doktoru Nəbi Əsgərov "Əmək müqavilələrinin bağlanması , xitam verilməsinin hüquqi yolları " mövzusunda çıxış edərək məktəb idarəçiliyində hüquqi biliklərin vacibliyindən danışdı. 230 №-li tam orta məktəbin direktoru Elşən Qafarov " Məktəb sənədləşməsində 230 № -li tam orta məktəbin iş təcrübəsi " mövzusunda çıxış etdi. O, müxtəlif sənədərin yazılma mexanizmi haqqında hazırladığı təqdimat əsasında məruzə etdi.Sonda Elşən Qafarov seminarda iştirak edən bütün müəllimlərə təşəkkür etdi və hər kəsə uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi