Kurikulum təlimlərinin monitorinqi keçirilir

25.06.2015. "Həmkara dəstək" adlı məktəbdaxili təlimlərimiz başa çatır. Ay ərzində Kurikulumu daha dərindən bilən müəllimlərimiz həmkarlarına kömək məqsədilə məktəbdaxili təlimlərdə cox həvəslə iştirak etdilər. Təlimləri keçirməkdə məktəb rəhbərliyinin məqsədi müəllimlərin peşəkarlıq səviyyəsini artırmaqla tədrisin keyfiyyətini daha da yüksəltməkdən ibarətdir.Bu gün müəllimlərimizin Kurikulum təlimləri zamanı öyrəndikləri biliklər monitorinq olundu. Həm İKT, həm də Kurikulum təlimi üzrə monitorinqlərin nəticələri məktəb rəhbərliyi tərəfindən analiz olunur və bu nəticələr növbəti tədris ili üçün dərs bölgüsündə nəzərə alınacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi