“Həmkara dəstək” metodiki vəsaitinin təqdimat mərasimi keçirildi

İyunun 19-da Bakının Səbayel rayonundakı 6 nömrəli məktəb-liseydə 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarov və həmin məktəbin direktor müavini Ləman Babayevanın birgə hazırladıqları “Həmkara dəstək” metodiki vəsaitinin təqdimat mərasimi keçirilib. Azərbaycanın dövlət himni səsləndikdən sonra Azərbaycan Təhsil Şurası tərəfindən təşkil olunan təqdimatı Şuranın sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev açıq elan edib. Sonra çıxış edərək təhsildə aparılan islahatlara və yeniliklərə diqqət çəkib. “Həmkara Dəstək” vəsaitinin müəllimlərinin peşəkarlığının artmasında müstəsna rol oynadığını qeyd Əjdər müəllim, bəzi mətbuat orqanlarında təhsillə bağlı xoşa gəlinməyən yazıların yazılmasına münasibət bildirib: “230 saylı məktəbin kollektivinin təşəbbüsünü ictimai təşəbbüs kimi qiymətləndirilməlidir. Belə təşəbbüslərə Təhsil Şurasının elmi metodiki mərkəzinin qapıları açıqdır. İstənilən yaradıcı kollektiv bizə müraciət edə bilərlər. Eyni zamanda, təqdimat mərasimində Azərbaycan Təhsil Şurası idarə heyətinin üzvləri, Təhsil Nazirliyin və Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil sahəsi üzrə ekspertlər Şahlar Əsgərov, Etibar Əliyev və məktəb rəhbərləri, müəllimlər iştirak ediblər. Tədbirdə çıxış edən təhsil işciləri “Həmkara dəstək” metodiki vəsaitinin müəllimləri stolüstü kitabı kimi əhəmiyyətli tərəfindən söz açıblar. Kitabın tərtibçilərinə uğurlar arzulayıblar. Sonda Həmkara dəstəyin tərtibçisi Elşən Qafarov çıxış edib. Tədbirdə iştirak edənləri salamlayıb. Bildirib ki, müəllim həmkarlarının bu sahədə ehtiyacını nəzərə alaraq belə bir vəsaitin hazırlanmasını vacib bilinib. Həmkara Dəstək vəsaitinin müəllimlərin sınaq qiymətləndirmələrində, müəllimlərin qəbul imtahanında, yeni təlim metodlarındakı rolundan bəhs edib. Həmkarlarını yaradıcı fəaliyyətə səsləyib. Direktor həmkarlarına məktəbdaxili təlimlər keçirməyi tövsiyə edib.Təqdimat mərasimindən sonra vəsaitin satış-sərgisi təşkil olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi