Məktəbimizdə Təhsil Şurası idarə heyətinin genişləndirilmiş iclası keçirildi

İyun ayının 11-də Təhsil Şurası idarə heyətinin 230 nömrəli tam orta məktəbdə genişləndirilmiş iclası keçirildi. İclası giriş sözü ilə açan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev hər kəsi salamladı və iclasın gündəliyində duran məsələləri açıqladı. Təhsil işçilərinin birinci Avropa Oyunlarına göstərdiyi dəstək, Təhsil Şurasının idarə heyətinin üzvü, professor Nazim Kazımovun 65 illik yubileyinin qeyd olunması və 230 nömrəli tam orta məktəbin iş təcrübəsinin öyrənilməsi gündəlikdə duran əsas məsələlər idi. İclasda Təhsil Şurasının idarə heyətinin üzvləri prof. Nazim Kazımov, prof. Asəf Zamanov, əməkdar müəllim Aliyə Təhmasib, əməkdar müəllim Həqiqə Məmmədova, Böyükağa Mikayıllı, prof. Şaiq Əsgərov, İslam Baxşıyev, Samir Mehdizadə və Təhsil Şurasının üzvləri Sevic Abbasova, Nübar Qayıblı iştirak edirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi