Məktəbdaxili təlimlər

02 iyun 2015. " HƏMKARA DƏSTƏK " layihəsi çərçivəsində məktəbdaxili təlimlərə start verildi.İlkin olaraq Kurikulum ,IKT və Psixalogiya dərsləri keçirildi.Kurikulum dərslərini məktəbin müəllimləri Səlmi Isayeva , Dilarə Əhmədova , Qərənfil Səlimova ,IKT dərslərini Elnarə Babayeva , Amalya Mustafayeva və Ellada Əhmədova, Psixologiya dərslərini isə Nailə Talışxanova tədris edirlər.Müəllimlər ilboyu keçirilmiş monitorinqlərin nəticələri əsasında 3 qrupa bölünmüşdür. Təlimləri keçirməkdə məqsəd pedaqoji kadrlarımızın peşəkarlıq səviyyəsini yüksəltmək və müəllimlər arasında bilik mübadiləsi aparılmasına nail olmaqdır. Təlimlərin iyun ayının sonunda yekunlaşdırılması planlaşdırılır və sonda əldə olunan nəticələri yoxlamaq üçün imtahan keçiriləcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi