Növbəti "Açıq dərs"

Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbdə 19.04.2017-cı il tarixdə 9C sinfində "Açıq dərs" keçirildi. Fizika müəllimi Şahməmmədli Mələknisə "Elektrik, maqnit və qravitasiya sahələrinin qarşılıqlı müqayisəsi" mövzusunda fəal təlim metodlarına əsaslanan nümunəvi dərsi şagirdlər tərəfindən maraqla qarşılandı. Dərsdə müəllim "Beyin həmləsi", "Venn diaqramı", "klaster" kimi təlim üsullarından da istifadə etməklə dərs zamanı şagirdlərin fəallığını təmin etdi.Qrupların adlarının "Maqnit sahəsi" , "Qravitasiya" və "Elektrik sahəsi" olması da diqqətdən qaçmamışdı. Şagirdlər rollu oyunlardan istifadə edərək motivasiya mərhələsini kiçik səhnəciklərlə təqdim etdilər.Hər bir qrup üzrə slaydlarla hazırlanmış xüsusi təqdimatlar nümayiş etdirildi.Dərsdə əyani vəsaitlərdən də istifadə edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi