"ŞAHİN" hərbi idman oyunları

12.04.2017-ci il tarixdə Xəzər rayonu 230 nömrəli tam orta məktəbdə yeniyetmə və gənclərin vətənpərvərlik,vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Xəzər rayon ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon turu keçirildi.Bizim məktəbdən Əliyev Nicat,Əyyubov Rəşad,Əsədzadə Rəsul,Hacıyev Mehdi,Abasov İbrahim,Rəhimova Məleykə ,Əliyeva Sahibə,Şahbazzadə Elşad,Rzazadə Teymur,Əlizadə İmaməli ,Məmmədova Fatimə,Məmmədzadə Elnurə,Hacızadə Fərid,Rüstəmov Sadiq iştirak etti. Hər il olduğu kimi bu ildə məktəblərarası keçirilən “Şahin” hərbi-idman oyunununda şagirdlərimiz məktəbimizi layiqincə təmsil etdilər.Məktəbimizin ev sahibliyi etdiyi bu yarışda,117 nomrəli tam orta məktəbin şagirdləri qalib oldular.Bizdə 230 nomrəli tam orta məktəb olaraq qalib şagirdləri təbrik edir,onlara daha böyük ugurlar arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi