“Yaşıl məktəb” layihəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Yaşıl məktəb” layihəsinə start verilib. “Yaşıl məktəb” layihəsinin əsas məqsədi məktəbyanı sahələrin yaşıllaşması, məktəblilərə calaqetmə vərdişlərinin aşılanması, canlı guşələrin və məktəb oranjeriyasının yaradılmasının təmin edilməsindən ibarətdir. Həmçinin canlı aləmə münasibətdə düzgün yanaşmanın vərdişə çevrilməsi əsas hədəflərdəndir. Xəzər rayonu 230 nömrəli tam orta məktəbdə “Yaşıl məktəb” layihəsi çərçivəsində 10.04.2017-ci il tarixində 5 C sinfi məktəbyanı sahədə meyvə ağacları əkdilər və divar qəzeti hazırladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi