Vahid məktəbli geyim forması

Hörmətli valideynlər və əziz şagirdlər!

       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarına əsasən, 2025–2026-cı tədris ilindən başlayaraq 230 nömrəli  tam orta ümumtəhsil məktəbdə vahid məktəbli geyim forması tətbiq edildiyi kimi qalacaq.
        Məqsəd şagirdlərimizin məktəbdə intizamlı, səliqəli və bərabər şəraitdə təhsil almalarını təmin etməkdir.

Geyim forması belə olacaq:

Oğlanlar üçün:
 •  Ağ  köynək(2 nömrəli əlavədə olduğu kimi)
 •Göy  rəngdə klassik şalvar

Qızlar üçün:
 • Ağ  köynək
 • Göy rəngdə ətək və ya klassik şalvar

❌ Qadağan olunan geyim və görünüş tərzləri:
 • Cins şalvar və cins ətək
 • İdman üslubunda şalvarlar
 • Kapşonlu, rəngli, üzərində müxtəlif printlər olan köynəklər 
 • Qızlar üçün: uzun və rəngli dırnaqlar, kosmetikadan istifadə, bəzək əşyaları, açıq, dağınıq və ya rənglənmiş saçlar
 • Oğlanlar üçün: uzun saç və saqqal

       Qeyd: Qaydalara riayət etməyən şagirdlərə məktəbin daxili nizam-intizam qaydalarına uyğun müvafiq tədbirlər görüləcək.
       Birlikdə daha güclü və nizamlı məktəb mühiti yaradaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi