“Ekoloji yönümlü və enerji effektli məktəblər,yaşıl şəbəkə” iməcliyi

“Ekologiya və Sağlamlıq” istiqamətində həyata keçirilən layihələrdən biri də “Yaşıl məktəb” layihəsidir. Bu layihə çərçivəsində 08.04.2017-ci il tarixdə Xəzər rayonu 230 nömrəli tam orta məktəbə 50-yə yaxın ağac tingi göndərildi. Ağaclar direktor Təhmasib Məmiyev,Hərbi rəhbər Alim müəllim və məktəbin Təsərrüfat işləri üzrə direktor müavini Ələkbərov İlyas 8 və 9 sinif şagirdləri və sinif rəhbərləri tərəfindən məktəbyanı ərazidə əkildi. Əkilən ağaclara üzvi gübrə verilərək suvarıldı. “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” müsabiqəsinin əsas məqsədi fasiləsiz dayanıqlı ekoloji təhsilin inkişafını möhkəmləndirmək, məktəblilərin ətraf mühitin mühafizəsi tədbirlərində fəal iştirakını təmin etməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi