“Lütfi Zadə adına II Məntiq Olimpiadası”

1 aprel 2017-ci il tarixində məktəbimizdə təşkil olunan “Lütfi Zadə adına II Məntiq Olimpiadası”nın qalibləri məlum oldu. Bu münasibətlə Xəzər rayonu 230 nömrəli tam orta məktəbin direktoru Təhmasib Məmiyev 75%-dən yuxarı nəticə yığmış qalib 9 nəfər şagird və onların valideynlərilə görüş keçirdi,görüşdə məktəbin 7a sinif şagirdi ,ötən ilki I məntiq olimpiadasının final turunun qalibi Polad İbrahimov da görüşdə iştirak etdi.O, öz təəssüratlarını şagirdlərlə bölüşüb onlara növbəti mərhələyə hazırlaşmaq üçün biliklərini paylaşmağa söz verdi.Sonda məktəbin direktoru Təhmasib Məmiyev şagirdlər və valideynləri bir daha təbrik edib onlara növbəti mərhələdə uğurlar dilədi. Biz də finalda şagirdlərimizə qalib olmağı, məktəbimizə medalla qayıtmağı arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi