Peşə məktəbinə ekskursiya

Məktəbimizin IX sinif şagirdləri  sinif rəhbərləri  ilə birlikdə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 5 nömrəli Bakı Peşə Məktəbində 16.05.2025- ci il tarixində təşkil edilən "Açıq qapı" günündə iştirak etdilər.
Ekskursiya zamanı şagirdlərimiz  peşə məktəblərində fəaliyyət göstərən ixtisaslar və yaradılan şəraitlə  tanış oldular. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev şagirdlərə düzgün ixtisas seçimi, peşəkar karyera planlamasının əhəmiyyəti, ixtisas seçimində diqqət yetirməli olan məqamlar,  qəbul qaydaları və digər məsələlər barədə ətraflı məlumat verdi. Sonda xatirə şəkili çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi