Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarının iştirakı ilə təbliğat-təşviqat kompaniyası

22 aprel 2025-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarının iştirakı ilə təbliğat-təşviqat kompaniyası çərçivəsində Xəzər rayon 230 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərilə görüş keçirildi.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Abutiriyentlərlə İş Mərkəzinin  müdiri, AzMİU-nun müəllimi Bayramova Aynurə, mərkəzin əməkdaşı Mürsəli Səidə, mərkəzin əməkdaşı və “Materialşünaslıq” kafedrasının müəllimi İsmayılzadə Cəmalə, AzMİU-nun “Materialşünaslıq” kafedrasının müəllimi Ağazadə Mahirə iştirak ediblər. 
Görüşdə universitetdə fəaliyyət göstərən fakultələr, ixtisaslar, AzMİU-nin Böyuk Britaniya ilə imzalanmış ikili diplom müqaviləsi və universitetin maddi-texniki bazası haqında şagirdlərə ətraflı məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi