22 Aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar şagirdlərimizin əl işlərindən ibarət satış sərgi

22 Aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar məktəbimizin həyətində V-VI sinif şagirdlərimizin əl işlərindən ibarət satış sərgi təşkil edildi.
Satış sərginin keçirilməsində əsas məqsəd şagirdlərimizin istedad və bacarıqlarını aşkara çıxarmaq, onların yaradıcılıq fəaliyyətlərinə dəstək olmaq, həmçinin satış- sərgidən əldə olunan vəsait hesabına sahibsiz heyvanları qida ilə təmin etməkdən ibarət idi.
Layihənin ideya müəllifi, məktəbimizin coğrafiya müəllimi E.Əhmədovaya, rus dili və ədəbiyyat müəllimləri G.Cəərçiyevaya, X.Əliyevaya, valideynlərimizə və satış-sərginin keçirilməsində əməyi olan hər kəsə öz təşəkkürümüzü bildiririk.