Xəzər rayonunda müəllimlər arasında "Dama" yarışı keçirildi

11 aprel 2025-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin birgə təşkilatçılığı, 216 saylı tam orta məktəbin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş Xəzər rayon orta ümumtəhsil məktəblərinin işçiləri arasında komanda dama turniri təşkil edildi.
Turnirdə 10 komanda mübarizə apardı və sonda qalib komandalar aşağıdakı kimi müəyyən olundu:
I yer - 121 nömrəli tam orta məktəb
II yer - 230 nömrəli tam orta məktəb
III yer - 206 nömrəli tam orta məktəb
Qalib komandaları təbrik edir, uğurlar arzulayırıq.