07.04.2025-ci il tarixində məktəbimizdə “Plastiksiz gələcək” kompanıyası çərçivəsində maarifləndirici göruş keçirildi.

Görüşün məqsədi şagirdlərmizə Azərbaycanda plastik tullantıların qarşısını almaq, ətraf mühitin mühafizəsi üçün plastik tullantıların ekoloji cəhətdən dayanıqlı və səmərəli idarə edilməsi, plastik tullantıların yaratdığı ekoloji təhlükə ilə bağlı geniş məlumat verməkdən ibarətdir.
Qeyd edək ki, kompaniya Təhlükəli Tullantıların Sərhədlərarası Daşınmasına və Kənarlaşdırılmasına Nəzarət Haqqında Basel Konvensiyası çərçivəsində, Plastik Waste Partnership tərəfindən dəstəklənərək Azərbaycanda plastik tullantıların ekoloji cəhətdən səmərəli idarə edilməsinin təşviqi və innovativ təkrar emalı həllərinin tətbiqi layihəsi çərçivəsində keçirilir.