ŞAGİRDLƏRİMİZİN UĞURU

Məktəbimizin 9-cu sinif şagirdi Həsənli Məhəmməd Əli oğlu 01-15 aprel 2025-ci il tarixlərində Serbiya Respublikasının Zlatibor şəhərində Beynəlxalq Məktəb İdmanı Federasiyasının təşkilatçılıgı ilə keçirilən Gimnaziada İdman Oyunlarında 62 kq çəki dərəcəsində iştirak edib, Braziliyalı, Ukraynalı, Türkiyəli idmançılara qalıb gəlib, finalda İranlı idmançıya məğlub olaraq II yerə layiq görülüb və gümüş medalla təltif edilib.
Qeyd edək ki, şagirdimiz 5 nömrəli Uşaq Gənclər İdman Məktəbinin dərnək üzvüdür.
Şagirdimizi, onun müəllimini və valideynlərini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.